Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ankaraya səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, general-polkovnik E.Quliyev Türkiyə paytaxtında Heydər Əliyev Parkında olub, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarının abidəsi önünə gül dəstələri qoyub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi qardaş ölkənin bir sıra struktur və idarələrinin rəhbərləri ilə görüşlər keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31