Ulu Öndərin parlaq ideyaları bu gün Azərbaycanın inkişaf yolunu işıqlandırır- ÖZƏL

"Bu gün möhtəşəm uğurlara və qələbələrə imza atan müasir Azərbaycan dövlətinin memarı və qurucusu Umumilli  lider Heydər Əliyevin anım günüdür. Məhz Ulu öndərin müdrik siyasəti və əzmkar fəaliyyəti sayəsində  bir əsrdə ikinci dəfə  müstəqilliyini əldə edən Azərbaycan siyasi xəritədən silinmə təhlükəsindən xilas olaraq dünyada ardıcıl uğurlara imza atan dövlətə çevrilib. Dünya tarixində belə faktlar çox nadir hallarda baş verir. Məhz Ulu öndərin müəyəyn etdiyi strategiya əsasında  Azərbaycan  qısa zaman kəsiyində  əsrə bərabər inkişaf yolu qət edərək nəinki regionun, eyni zamanda dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub". Bunu "Olaylar"a açıqlamasında  deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə,  90-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi çox mürəkkəb proseslər  və təhlüklərdən məhz  Ulu öndərin müdrik, qətiyyətli, cəsarətli  siyasəti nəticəsində xilas oldu və  sürətli inkişaf yoluna qədəm qoydu: "Azərbaycan tənəzzüldən, məhv olmad təhlükəsindən  xilasa və inkişaf mərəhləsinə qədəm qoydu.  Ulu öndərin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycanda qısa zamanda siyasi sabitlik, həmrəylik bərqərar olundu,  sürətli iqtisadi inkişaf mərhələsi başladı.  Ulu öndərin liderliyi altında   Azərbaycan beynəlxalq əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri gerçəkləşdirildi.  Bu cür transmilli layihələr  Azərbaycanın təhlükəsizliyinin, iqtisadi inkişafının, əhalinin  sosial-rifah halının yaxşılaşması ilə yanaşı,  ölkənin qarşısında duran  problemlərin həllinin və qələbələrin  əsasını qoydu".
 Deputat əlavə edib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu öndərin müəyyən etdiyi  inkişaf strategiyası və ideyaları nəticəsində ölkəmiz  Avrasiya coğrafiyasının  enerji, nəqliyyat, tranzit-yükdaşıma, kommunikasiya baxımdan  bir logistk qovşağa çevrildi: "Bütün bunlar Ulu öndərin Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirə biləcək  layiqli   siyasi varisi olan cənab Prezident İlham Əliyevi müəyyən etməsi idi. Təcrübəli  dövlət adamı və dünya şöhrətli siyasətçi olan  Ulu öndər çox gözəl bilirdi ki, Azərbaycanın uğurlu inkişafı  ilə bağlı müəyyən etdiyi ideyaları ancaq və ancaq cənab Prezident İlham Əliyev həyata keçirə bilər. Çox gözəl bilirdi ki,  onun yarımçıq qalan və ömürün ona vəfa edib başa çatdıra bilmədiyi ideyaları ancaq  cənab İlham Əliyevv həyata keçirə bilər.  Belə də oldu. Ulu öndərin layiqli  siyasi risinin davamaçısı cənab Prezident İlham Əliyevin liderliyi altında  Azərbaycan dünyada sürətlə inkişaf edib iqtisadi və hərbi cəhətdən dünyanıən güclü, qüdrətli, beynəlxalq aləmdə böyük nüfuza malik  bir ölkəsinə çevrildi.  Azərbaycanın dünyada söz sahibi olması isə ölkəmizin qarşısında duran hədəflərə nail olmağa imkan yaratdı.  Yürütdüyü  çevik və uğurlu diplomatiya sayəsində cənab Prezident İlham Əliyev yeni dünya lideri kimi qəbul olunmaqdadır. Dünya ölkələri onunla hesablaşır. Məhz onun yürütdüyü uzaqgörən və hədəflərə xidmət edən siyasəti nəticəsində  Azərbaycan əz ərazi bütövlüyünü, suverenliyini təmin edən ölkə kimi dünyada  hörmət və izzətlə qarşılanır. 
 Ulu öndər Heydər Əliyev bu gün  fiziki olaraq aramızda olmasa da,  onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan Prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib. Biz  cənab İlham Əliyevin liderliyi altında Ulu öndərin bütün ideyalarının reallaşdığının və Azərbaycanın yeni-yeni uğrulara imza atmaqla, qələblərinin şahidi olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31