Paşinyan Makronla hər görüşdə az qala yalvarır ki.. .-ÖZƏL
12 Dekabr 2024 12:42 Siyasət"Ermənistanla Suriya arasında siyasi müstəvidə yaxın münasibətlər olub. Suriyada böyük bir erməni icması var. Bəzi hesablamalara görə orada yüz minə yaxın erməni yaşayır. Əksəriyyəti də Hələbdə yaşayırdı".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Suriyadakı vətəndaş müharibəsindən sonra o ermənilərin bəziləri qeyri-qanuni şəkildə Qarabağa gəldi, bəziləri isə Ermənistana getdilər. Ermənistanın prezidenti Levon Ter-Petrosyan da Suriya ermənisi idi. 2019-cu ildə Ermənistan Suriyaya bir kontingent yerləşdirdi. Həmin kontingentin əsas məqsədi Suriyanın Hələb şəhərində minatəmizləmə işlərində iştirak etmək idi. Həmin vaxt bunlar Rusiyanın təzyiqi ilə baş vermişdi. Rusiya Suriyada müəyyən maraqlara sahib bir dövlətdir. Bəşər Əsədin hakimiyyətdə qalmasında ən çox maraqlı olan tərəf Rusiya idi. 2024-cü ilin dekabr ayında Hələb müxaliflər tərəfindən ələ keçirildikdən sonra həmin kontingentini geri çəkmişdi. Bu baş verənlərdən əlavə iki ölkə arasında hərbi sahədə elə də ciddi bir əməkdaşlıq olmayıb. Bəzi medialar Ermənistanın İran vasitə Suriyaya texnika və yaxud İranın Ermənistan vasitəsilə Suriyaya texnika göndərməsini yazır. Mən isə burada belə bir məntiq görmürəm. Çünki Ermənistan özü ondan-bundan texnika almağa çalışır. Makronla hər görüşdə Paşinyan az qala yalvarır ki, onlara texnikalar verilsin. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın bu sahədə böyük itkiləri yarandı. İrandan Ermənistan ərazisi ilə Suriyaya texnika necə gedəcək? Türkiyə buna icazə verərmi? Türkiyə Rusiyayla əks cəbhədədir. Bu logistik xətt real və inandırıcı görünmür. Ona görə sırf texnika sahəsində belə bir əməkdaşlığın baş verdiyinə və verəcəyinə inanmıram".
Zeynəb Rzayeva