“Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi- ÖZƏL
12 Dekabr 2024 12:36 Siyasət"Bu gün Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, öz dərin zəkası, uzaqgörən siyasəti və xalqa olan sonsuz sevgisi ilə həm Azərbaycan xalqının yaddaşında, həm də dünya tarixində iz qoymuş bir şəxsiyyətdir". "Olaylar" xəbər verir ki, bunu sabiq millət vəkili Jalə Əhmədova deyib: "Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi. Onun qurduğu müasir Azərbaycan bu gün də inkişaf edir və dünyada öz sözünü deyir. Onun irsi, tövsiyələri və dəyərləri bizə daim yol göstərir. Heydər Əliyevin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq. Bu gün ona olan hörmətimizi və sevgimizi bir daha ifadə edirik. Ruhun şad olsun, Ulu Öndərimiz!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31