“Meydan bəyləri”nin qaçıb gizləndiyi zaman Heydər Əliyev Azərbaycanın haqq səsini yüksəltdi- ÖZƏL

"Azərbaycan xalqı 22 il bundan öncə çox dərin bir sarsıntı yaşadı. Müstəqil respublikamızın, müasir dövlətçiliyimizin qurucusu mərhum Heydər Əliyev vəfat etdi. Ulu Öndər Heydər Əliyev həqiqətən Azərbaycan tarixində misilsiz bir şəxsiyyət idi. Bu gün biz  Azərbaycanda firəvan ölkədə yaşayırıqsa, müstəqiliksə, Qarabağ kimi böyük bir zəfəri qazanmışıqsa, bütün bunların təməllərini Ulu Öndər Heydər Əliyev qoyub". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu böyük siyasi kursu uğurla davam etdirir. Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərinə nəzər salmaq lazımdır. Çünki tarix təkrarlandıqda daha gözəl anlaşılır. Azərbaycan 1950-1960-cı illərdə Sovet İttifaqı içərisində iqtisadi cəhətdən və siyasi nüfuzuna görə özünə layiq olmayan bir yerdə idi. 1969-cu ildə mərhum ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası və Mərkəzi Komitəsinin Birinci katibi seçildikdən sonra iqtisadi anlamda ciddi şəkildə bir canlanma yaşandı. 1970-ci illərdə Azərbaycanda sürətlə sənaye kompleksləri inkişaf etdirildi, Azərbaycanın ittifaq içərisində nüfuzu ciddi şəkildə artdı və Azərbaycanda sənayeləşmə həqiqətən də SSRİ içərisində gözlə görüləcək dərəcədə artdı. Xüsusən bu, Sovet İttifaqında iqtisadi durğunluq dövrü idi. İqtisadi durğunluğa rəğmən Ulu Öndər Azərbaycanda ciddi iqtisadi inkişafa nail olmuşdu. Bu da Moskvanın nəzarətindən kənar qalmadı və Sovet İttifaqının rəhbərliyi Ulu Öndərin Azərbaycan üçün qazandırdığı böyük töhfələri gördükdən sonra 1982-ci ildə Ulu Öndər Moskvaya dəvət edildi. 1987-ci ilə qədər də bu vəzifəsini uğurla davam etdirdi. Lakin Kreml daxilindəki antiazərbaycan qüvvələri, xüsusən erməni şovinistləri, Ulu Öndərin siyasi dərrakəsini, bacarığını həzm edə bilməyən Mixail Qorbaçov və Rıjkov cütlüyü Ulu Öndərə qarşı qara piar kampaniyası apardı və onun səhhətini bəhanə edərək siyasətdən uzaqlaşdırdı. Lakin ümummilli lider çox qısa müddət üçün proseslərdən kənarda qaldı. 1990-cı ilin yanvar ayında Azərbaycan xalqına qarşı qətliam törədildiyi zamanda, "meydan bəyləri"nin qaçıb gizləndiyi bir dövrdə o, Moskvadan Azərbaycanın haqq səsini yüksəltdi. O gündən etibarən yenidən aktiv şəkildə Azərbaycana qayıtdı, siyasi mübarizəyə qoşuldu, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünün qorunmasında və iqtisadi vəziyyətinin yaxşılaşmasında misilsiz işlər gördü. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin baş verməsinin qarşısını aldı və Azərbaycanı parçalamaq niyyətində olanların qarşısını aldı. Azərbaycan torpaqlarının işğal edilməsi prosesini dayandırdı, orduda ciddi islahatlara başlandı. Min faizi aşan inflyasiya aşağı endirildi, Azərbaycanda işsizliyin faizi azaldıldı, iqtisadi davamlılıq əmələ gəldi. O cümlədən, Azərbaycanın beynəlxalq müstəvidə rolu gücləndi. Azərbaycan "Əsrin müqaviləsi" kimi önəmli bir müqaviləyə imza atdı. Bu fəaliyyətlərə baxdığımızda ümummilli liderin xalqımız üçün dəyəri hər keçən gün daha da anlaşılan olur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31