Bəşər Əsəd və onun rejimi dünyadakı proseslərə təsir edəcək gücdə deyildi - ÖZƏL

"Əsəd rejiminin çökməsi Ermənistanın bölgədəki maraqlarına çox ciddi təsir etdi". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib:
"Çünki İranla bərabər Suriyadakı rejim də Ermənistanı açıq şəkildə, özü də türklərə düşməncəsinə dəstəkləyirdi. Üstəlik də bu rejim birmənalı şəkildə antitürk mövqedə idi. Belə bir mövqedə olan rejimdən Ermənistan təbiidir ki, öz maraqları üçün istifadə edirdi. Düzdür, Bəşər Əsəd və onun rejimi dünyadakı proseslərə təsir edəcək gücdə deyildi. Amma istənilən halda bir dövlət, özü də müsəlman dövləti olaraq  Suriya, Ermənistanın və ermənilərin yanında idi. İndi Bəşər Əsəd devrilib, Suriya onun zülmündən qurtulub və hazırda Suriyada söz sahibi olan güclər erməni dostları deyil, bunlar daha çox qardaş Türkiyənin bu və ya digər şəkildə ətrafında olan güclərdir, sözünü eşidəcək güclərdir. Təbiidir ki, Ermənistan böyük bir itkiyə məruz qalıb. Sıra irandadır, İrandakı proseslər da inkişaf etdikcə, Ermənistanın əli oradan da çıxacaq. Yəni İranda da bizim gözlədiyimiz böyük dəyişikliklər baş verəndən sonra Ermənistan və bütün dünya erməniləri birmənalı anlayacaq ki, "12 İmama yalvarınca, bir Allaha yalvarmaq lazımdır". Yəni İrana, Suriyaya, Fransaya, hardasa Rusiyaya, Amerika Birləşmiş Ştatlarına yalvarmaqdansa, yanı başındakı Azərbaycan Respublikası və qardaş Türkiyə Cümhuriyyətinə yalvarması Ermənistanı və erməniləri xilas edə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31