Gürcüstanda hakim partiya içərisində parçalanma elementləri görünməkdədir- ÖZƏL

"Bəzi güclər üçün arzuolunmayan hakimiyyətlərin dəyişdirlməsi üçün dövlətlərdə demokratiyanın səviyyəsindən asılı olaraq fərqli texnologiyalar tətbiq edilir". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Gürcüstanda nisbi demokratiya olduğu üçün (vətəndaş cəmiyyəti, çoxpartiyalılıq, nisbi azad media və s.) əsas istifadə olunan 3 texnologiyanın ən azı ikisi tətbiq olunub. İndi 3-cü fazaya cəhdlər var. 1-ci faza: Seçkilər yolu ilə hakimiyyətin dəyişdirlməsi. Xüsusi mərkəzlərin hazırladığı texnologiya əsasən də hakimiyyət seçki kampaniyası dövründə maksimum diskreditasiya olunur və zəruri çoxluğu əldə edə bilmir. Bu zaman ya hakimiyyət könüllü surətdə təhvil verilir, yaxud kütləvi etirazlara start verilir. Gürcüstanda hakim partiya nisbi səs çoxluğu əldə etdi. Amma hakimiyyəti dəyişmək istəyənlərin planı baş tutmadı. Bu zaman ikinci fazaya start verildi. 2-faza: Qeyri-zorakı aksiyalar (nonviolent resistance) yolu ilə hakimiyyəti güzəştlərə getməyə (nəticələri ləğv edib yeni seçkilər təyin etmək) vadar etmək. Gürcüstanda bu fazada da zəruri kritik kütlənin olmaması, biznes və yaşlı nəslin prosesdə aktiv olmaması nəticəyə gətirmədi".
Onun bildirdiyinə görə, hazırda 3-cü fazaya start verilir: "3-cü faza- Zorakılıqla müşayət olunan üsyandır. Bunun üçün Gürcüstanda zəruri kritik kütlənin formaladırılmasına başlanıb. Tətbiq olunacaq sanksiyalar Avropadan bəhrələnən ailələrin və vizasız gediş-gəlişin ləğv olunması nəticəsində geri dönəcək Avropada işləyən şəxslərin hesabına kritik kütləni yetişdirə  və etirazçıların sayı və tərkibi dəyişə bilər. Etirazların güclənməsi fonunda biznes və yaşlı nəsil də etirazlara dəstək verə bilər. Hazırlanmış provokasiya nəticəsində "sokral qurban" və ya "dadlı qurban" (tasty victim)  verilə bilər ki, bu da laqeyd əhalini  hiddətləndirə bilər. İndi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti provokasiyalar barədə xəbərdarlıq edib. Deməli 3-cü faza reallaşır. Bu arada daha bir yaxşı olmayan xəbər də var. Hakim partiya içərisində parçalanma elementləri görünməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31