Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub- ÖZƏL
11 Dekabr 2024 13:54 Siyasət"Xalqımızın Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış dahi dövlət xadimidir. Ulu Öndərin fəaliyyəti həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyinin formalaşması üçün müstəsna əhəmiyyət daşıyıb." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev deyib: "Ümummilli Liderin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib. O, milli kadrların irəli çəkilməsi, milli mədəniyyətin qorunması, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirib.
SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb".