Azərbaycan yaradılan təməl üzərində daha da inkişaf edir- ÖZƏL
11 Dekabr 2024 11:15 Siyasət"Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq inkişaf müşayiət edəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurlarımızın davamlılığını təmin etdi. Bu müraciət xalqa inamın növbəti ünvanını göstərdi. Ümummilli Lider böyük əminliklə bildirdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracaq. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Həmin müraciətdən ötən 21 ildən artıq dövr Azərbaycanın tarixini uğur, zəfər səhifələri ilə zənginləşdirdi. Ulu Öndər hər zaman böyük inamla qeyd edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti, bu hədəfə çatmaq üçün yaradılan möhkəm təməl idi. Azərbaycanı yaradılan təməl üzərində daha da inkişaf etdirən, gücünü, qüdrətini artıran cənab İlham Əliyev Prezidentliyinin 17-ci ilində tarixi Zəfərə imza atdı. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər".