Onun kimi ikinci bir lider tanımıram- ÖZƏL
11 Dekabr 2024 11:03 Siyasət"Qlobalizmin arxasındakı böyük güclərin bir çoxunun hələ bu gün də həzm edə bilmədikləri Zəfərimizdə Liderimiz cənab İlham Əliyevin xidməti müstəsnadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Ümumiyyətlə, mən bu gün dünyada onun qədər prosesləri dəqiq qiymətləndirib düzgün nəticə çıxaran, dövlətinin potensialının imkan verdiyindən qat-qat böyük uğura imza atmağı bacaran ikinci bir lider tanımıram". Millət vəkili əlavə edib ki, "Müsəlman şərqində ilk demokratik cümhuriyyətin qurulmasında olduğu kimi torpaqlarımızın işğaldan qurtarmasında və üzərində suverenliyimizin tam təminində multikultural dəyərlərin əhəmiyyəti böyük olub: "Torpaqlarımızın işğaldan azad olunmasında müasirliyin rəmzi olan, daha dəqiqi ənənəyə dayanan müasirliyin, həyat tərzimiz olan multikulturalizmin oynadığı rol danılmazdır".