Heydər Əliyev: Əsrin Lideri və Azərbaycanın memarı – ÖZƏL

"Heydər Əliyev əsrin lideri olaraq, yalnız Azərbaycanda deyil, dünya miqyasında öz əməlləri və düşüncələri ilə əbədi hörmət və sevgi qazanıb. Onun liderliyi sadəcə dövrün idarəçiliyindən ibarət deyil; bu, həm də tarix yaradan, millətə kimlik bəxş edən, dövlətçilik prinsiplərini möhkəmləndirən, ideyaları ilə xalqları birləşdirən əzəmətli bir fenomendir".

Bu fikirləri Olaylar.az-a danışan siyasi ekspert Əziz Əlibəyli deyib:

"Azərbaycanın müstəqillik yolunda yaşadığı çətinliklər fonunda Heydər Əliyevin tarixi missiyası ölkəni möhkəmləndirmək, milləti bir amal ətrafında toplamaq və gələcək nəsillər üçün milli dəyərləri qoruyub saxlamaqdan ibarət idi. O, yalnız dövlət qurucusu deyil, eyni zamanda xalq yaradan, tarix yazan bir şəxsiyyət idi. Öz çıxışlarında və fəaliyyəti ilə göstərirdi ki, liderlik - bir dövrə məxsus olmayan, zamanın fövqündə dayanan, həm bu günü, həm də sabahı düşünən strateji baxış deməkdir. Ötən ilin Heydər Əliyev ili elan edilməsi, onun yüzillik mirasının  Azərbaycan xalqı üçün necə bir dəyər olduğunu bir daha sübut etdi. Ulu Öndərin dövlətçilik ideyaları, müasir dövrdə də  azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasından tutmuş yeni nəqliyyat dəhlizlərinə, strateji layihələrin həyata keçirilməsinə qədər hər bir addımda özünü göstərir.

Heydər Əliyev - öz əsrinin memarı, dövlətin siması və xalqının qüruru olaraq qalacaq. Onun ideyaları ilə Azərbaycan qurulur, inkişaf edir və güclənir. Əsrlik bir liderin adı hər zaman böyük ehtiramla yad ediləcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31