Ermənistanın Əsədə dırnaqarası töhfələri fayda vermədi- ÖZƏL

"Suriya və erməni terror təşkilatları arasındakı münasibətlər 1970-ci illərdən gəlir. Təəssüflər olsun ki, Bəşər Əsəd ailəsi terror təşkilatlarına yaxın münasibətlərə sahib olmuşdur".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın terror təşkilatları ilə əlaqəsi həmişə olub və indi də davam edir. Suriyada hazırlanmış terror qrupları Ermənistanda olmuş, daha sonra Qarabağa keçərək bizə qarşı döyüşlərdə iştirak etmişlər. Buna da misal olaraq "ARABO" terror təşkilatının Suriya və Livan mənşəli olduğunu xatırlatmaqda fayda var. Digər tərəfdən isə İran vasitəsilə Ermənistan da Suriyaya qarşı bu dırnaqarası borcun altında qalmayıb və Suriyada vətəndaş müharibəsi dövründə Ermənistan Suriyaya əlindən gəldiyi qədər yardım edib. Hətta 2019-cu ildən bu yana Ermənistan dövləti tərəfindən dəstəklənən hərbi bir qruplaşma Suriyada müxalif qüvvələrə qarşı döyüşüb. Bildirmək lazımdır ki, İran vasitəsilə qurulan bu şər ittifaql çökdü və Ermənistanın Əsədə dırnaqarası töhfələri fayda vermədi".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31