Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edib
10 Dekabr 2024 18:35 SiyasətAzərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyətlə bağlı bəyanatında deyilir.
Bildirilir ki, Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31