Bütün xarici təzyiqlərə baxmayaraq Azərbaycanda güclü dövlət quruldu- ÖZƏL

"Ərazisinin 20%-i işğal edilən və ağır vəziyyətdə cadır şəhərciklərində yağışın  və qarın altında yaşayan 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün olduğu bir şəraitdə Azərbaycan dövlətinin gördüyü işləri yada salaq.  Cənab Prezidentmiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti məcburi köçkünlərə dövlət büdcəsi hesabına evlər, mənzillər, yaşayış yerləri verərək çadır şəhərciklərini ləğv etdi, sosial problemlərini həll etdi, yardımlar, müavinətlər verdi, övladlarının təhsil haqqını dövlət büdcəsindən ödədi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisindeputatı Musa Qasımlı deyib: "Millətsevər siyasət, sosial sahədə tarixi işlər həyata keçirildi. Bununla paralel olaraq bütün xarici təzyiqlərə baxmayaraq güclü dövlət  quruldu, müasir ordu yaradıldı, məktəblər, xəstəxanalar, yollar tikildi. Dövlət və millət torpaqların işğaldan azad edilməsindən ötrü hazırlandı. Görülən işlərin hamısını sadalamaq və statistik rəqəmləri söyləmək çox zaman aparar". 
    Onun sözləribə görə,  Ermənistanın işğalı altında qalan ərazilərimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və millətimiz ədalətli, azadlıq xarakteri daşıyan Vətən müharibəsində təkbaşına, öz gücünə azad edərək əsrlərdən bəri bəzi dövlətlərin və qruplaşmaların əleyhimizə qurduğu planları vurub dağıtdı, millətin üstündəki ləkəni sildi, Azərbaycanın bədənindəki çibanı kökündən kəsib ataraq problemi gələcək nəsillər üçün saxlamadı:  "Dövlət bayrağımız bütün ərazilərimizdə ucaldıldı, suverenliyimiz tam bərqərar edildi. Millətimizin arzuları gerçəkləşdirildi. Ağır xərclər tələb edən müharibənin koronovirus pandemiyası ilə eyni vaxta düşməsinə baxmayaraq Azərbaycan vətəndaşlarına müavinətlər, yardımlar verildi. Azərbaycan dövləti hər iki cəbhədə qalib gəldi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31