“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
10 Dekabr 2024 12:08 SiyasətBələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq."Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31