Harada qan tökülürsə, demokratiya və insan haqları adına edilir-Deputat

"Bu gün dünyada harada qan tökülürsə, demokratiya və insan haqları adına edilir".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib: "Harada işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki, saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər. Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il, milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? Ona görə heç kim bizə nağıl danışmasın, bu gün, insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçilyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun Prezidenti İlham Əliyevdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31