Sapı özümüzdən olan qüvvələrin min oyunu
10 Dekabr 2024 11:56 SiyasətAzərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq. Olaylar-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. Deputat deyib ki, Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişikliyi Konfransı COP 29-un ölkəmizdə keçirilməsi oldu: "Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik.
Bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişaf və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir. Ölkəmiz, həm daxili, həm də xarici siyasətində qətiyyətlə irəliləyərək gələcəyə ümidlə baxır.
Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da, dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq".