İki dairənin hər biri üzrə əlavə seçki məntəqəsinin yaradılmasına qərar verilib - MSK rəsmisi

Bələdiyyə seçkilərində seçicilərin artım dinamikası tempi diqqət cəlb edir.

Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın dekabrın 9-da keçirilən iclasında söyləyib.

O qeyd edib ki, seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hər biri üzrə əlavə seçki məntəqəsinin yaradılmasına qərar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31