Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilən iclasında məlumat verilib.

Qeyd edilir ki, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31