Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir- ÖZƏL

"Qonşu ölkələrdə və yaxın regionlarda baş verən hadisə və proseslərə baxmaqda fayda vardır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: "Ermənistanın bu günkü vəziyyəti kağız üzərində müstəqil dövlət olmağın,  başqalarının ardınca sürünməyin ən bariz nümunəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra yürüdülən bəzi yanlış siyasətlər Gürcüstanın ərazilərinin itirilməsinə gətirib çıxartdı. İndi baş verənlərin qonşu ölkə üçün daha hansı fəsadlar törədəcəyini zaman göstərəcəkdir. Davam edən Rusiya-Ukrayna savaşında, Yaxın, Orta Şərqdə baş verən qanlı hadisələrdə şəhər, qəsəbə və kəndlər viran olur, insanlar Allahın verdiyi ali hüquqdan - yaşamaq hüququndan məhrum edilirlər. Azərbaycan isə insanın təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir. Bu gün Azərbaycan vətəndaşı gecələr evinin qapısını, darvazasını bağlamadan yata, sutkanın istənilən saatında ölkənin bir  başından çıxıb digər başına rahat bir şəkildə gedə, övladını tək məktəbə yola sala bilir. Azərbaycan millətini ağır bəlalardan qurtaran bu siyasəti görməməyin və anlamamağın adı nədir? Yolları millətimiz tərəfindən bağlanmış həmin şəxslər Azərbaycanı Yaxın, Orta Şərqdəki kimi qanı axan ölkə olaraqmı görmək istəyirlər?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31