Yaxın Şərqdə yeni nizam qurulur - ÖZƏL

"Suriyada Türkiyənin geosiyasi qələbə əldə etməsi, İsraili çətin vəziyyətlə üzləşdirdi. İsrail Qolan təpələrini aşaraq vaxtı ilə Əsəd rejimi ilə imzalanmış və razılaşdırılmış "Bufer zonaya"  daxil olub. Həmçinin İsrail hərbi təyyarələri Dəməşqdə hərbi hissələri raketlərlə hədəfə alıb. Məqsəd müxalifətin güclənməsinin qarşısını almaqdir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " HTŞ və Azad Suriya Ordusu İsraildən Qolan təpələrindən çıxmağı tələb edir. İsrail Bufer Zonaya daxil olmasını  müqavilənin qüvvədən düşməsi ilə əsaslandırır. Suriya müxalifəti də Əsəd getdiyi üçün və yeni nizama uyğun olaraq İsrailin Qolan təpələrindən çıxmasinı tələb edir. Türkiyə Fələstin dövlətini tanınması üçün İsrailə təzyiqlər etməyə başlayacaq. 
Yaxın Şərqdə B. Əsəd rejimi süqut etdi. İran və Rusiya regiondan çıxdı. Bir müddətdən sonra, Livanda "Hizbullah"  suqut edəcək. Sabitliyin təmini üçün Fələstin dövlətinin taninmasi Ankara üçün strateji önəm kəsb edir. İsrail Suriyada "Heyəti Təhrir-Şam" və Azad Suriya ordusu ilə savaşmaq imkanları məhduddur. Türkiyə İsrailin Suriyada Türkiyə qarşı -qarşiya gəlməsi onun strateji məğlubiyyətinə gətirib çıxara bilər. İsrail Qolan təpələrindən çıxmasa, HTŞ hücum edə bilər. Yaxın Şərqdə yeni nizam qurulur. Dünyanın yeni siyasi nizamında Rusiya Yaxın Şərqdən, Cənubi Qafqazdan və Şərqi Avropadan çıxarılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31