Azərbaycanın müstəqil dövlət ideyası Heydər Əliyevin adı ilə bağlıdır- ÖZƏL
6 Dekabr 2024 14:28 Siyasət"Müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov deyib: "Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası da Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31