Özbəkistan və Azərbaycan QHT-lər arasında əlaqələr genişlənir- ÖZƏL

"Özbəkistan və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda  ölkələrimiz üçün vacib, aktual məsələlər, istiqamətlərdə əməkdaşlıq imkanları, əldə etdiyimiz təcrübələri müzakirə edirik". Bunu "Olaylar"a QHT təmsilçisi, siyasi şərhçi Zaur İbrahimli deyib: "Hər iki ölkənin siyasi rəhbərliyi, möhtərəm prezidentlər İlham Əliyev, Şavkat Mirzoyev tərəfindən ikitərəfli əməkdaşlığa güclü impuls verilib. QHT sektorunun ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsində böyük potensialı var. Bu cür müzakirələr potensialdan daha dolğun istifadə etməyə imkan yaradır.
Xatırladım ki, ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyi  ilə Özbəkistan QHT-lərinin Milli Assosasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb. Bu Forumda isə QHT-lər arasında əməkdaşlıq Memorandumları imzalanacaq. Bu QHT-lər arasında əlaqələri daha da gücləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31