Bakıda daha bir konfrans keçiriləcək: 60-dan çox

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.

Olaylar xəbər verir ki, bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa - Şuşa və Xankəndiyə səfər edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31