Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub- ÖZƏL
6 Dekabr 2024 13:17 Siyasət"Müasir müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Ümummilli Lider Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq möhkəmlənmişdir.
Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur. Bu gün biz bu izləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərlərdə aydın görürük".