Türkiyə TŞ Azərbaycan-Ermənistan danışıqları ilə bağlı BƏYANAT YAYDI
6 Dekabr 2024 13:03 Siyasət"Ankara Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracağını gözləyir".
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
"Gözləntilərimiz və arzularımız Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda müsbət irəliləyişlərin sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracağı və davamlı sülhün regionumuzda bütün tərəflərin maraqlarına cavab verməsi yönündədir", - bəyanatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31