Qərbi Azərbaycana qayıdış regionun gələcək inkişafı üçün əhəmiyyətlidir- ÖZƏL

"Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti isə öz haqlı mövqeyini qoruyaraq, bu məqsədin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atır.
Dünya birliyi, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. Azərbaycanın diplomatik səyləri bu məsələdə dünya ictimaiyyətinin fəal iştirakını təmin etməyə yönəlmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31