Azərbaycan və Slovakiya XİN rəhbərləri regional sülh səylərini müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnunluqlarını bildirərək, ikitərəfli və çoxtərəfli əlaqələri daha da dərinləşdirmə yollarını müzakirə ediblər.

Münaqişə sonrası regional yenidənqurma və sülh səyləri, eləcə də minatəmizləmə fəaliyyəti də müzakirə olunub.

Qeyd edək ki, görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31