Mərkəzi Bankın sədrinə müavinlər təyin edildi - SƏRƏNCAM

Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Olaylar xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Əli İsmayıl oğlu Əhmədov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Toğrul Nəcəfəli oğlu Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31