Dövlət özünün milli-identik vəzifəsi kimi iki məsələni ön plana qoyub... - ÖZƏL

"Azərbaycanın xarici siyasətə tətbiq etdiyi yanaşma odur ki, müharibədən sonra yeni siyasi-ideoloji baxışlar müəyyən olunur. Bu, Ermənistan üzərində qazanılan qələbənin nəticəsi kimidir, sülh müqaviləsini özündə əks etdirir. Onun tərkib hissəsi kimi də soydaşlarımızın dədə-baba yurdlarına qayıtma məsələsi durur".

Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, dövlət özünün xüsusi, mill-identik vəzifəsi kimi iki məsələni ön plana qoyub: biri  Ermənistan və digər ölkələrdə Azərbaycanın tapdalanan milli irsinin bərpa olunmasıdır. İkincisi isə azərbaycanlıların bütövlüyünün bərpa olunmasıdır. Prezidentin "Qərbi Azərbaycana Qayıdış" ideyasının kökündə də bu ideya dayanır. Bunların isə həll yolu əsla müharibə deyil. Cənab Prezident bunların sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31