OCCPR-in əsas hədəfi ABŞ-nin maraqlarının təmin olunmasıdır – ÖZƏL
5 Dekabr 2024 17:21 Siyasət"OCCPR təşkilatının Cənubi Qafqazdakı əsas hədəfi Amerika Birləşmiş Ştatlarının maraqlarının təmin olunmasıdır. Bu regionda Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin və Fransanın xüsusi maraqları var. Cənubi Qafqazda yerləşməyə cəhd göstərirlər. Hətta Cənubi Qafqazda həm hərbi, həm də siyasi cəhətdən yerləşmək üçün savaşın törədilməsinə belə Amerika və Qərb tərəfindən cəhd göstərilir".
_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"OCCPR faktiki olaraq Cənubi Qafqazdakı maraqların təmin olunmasında bir mexanizm rolunu oynayır. Bu təşkilat ABŞ dövləti tərəfindən maliyyələşdirilir. Eyni zamanda, bu təşkilatın maliyyələşməsində Böyük Britaniya, Fransa, Niderland, İsveç və Danimarkanın da rolu var. Bu ölkələr də bu təşkilatın maliyyələşməsində maliyyə köçürmələri edir, onun büdcəsini təmin edirlər. Bu təşkilat ümumiyyətlə öz təyinatı üzrə fəaliyyət göstərmir, əksinə, bir təzyiq mexanizmidir. Dünyanın hansı regionunda ABŞ və Qərbin maraqları müəyyən problemlərlə üzləşirsə, bu təşkilatı irəli sürürlər və bu təşkilat həmin ölkəyə qarşı müxtəlif ittihamlar, iddialar irəli sürür. Bu da hədəf dövlətin şantaja, təzyiqə məruz qalması anlamı daşıyır. Azərbaycana qarşı da belə şantaj və təzyiq kampaniyası aparılır. OCCPR hazırda Azərbaycanı hədəfə almaqla Azərbaycana təzyiq göstərmək, rəsmi Bakını şantaj etmək və bununla da ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqları qarşısındakı bütün əngəlləri aradan qaldırmaq niyyəti güdürlər. Bu təşkilat yalnız və yalnız ABŞ və Qərbin maraqlarına xidmət edən təzyiq və şantaj mexanizmidir. Hazırda Azərbaycan bu təşkilatın təzyiq və şantajlarına məruz qalmaqdadır".
Qiymət Mahir