Prezident İlham Əliyevin müraciəti müstəsna əhəmiyyətə malikdir- ÖZƏL
5 Dekabr 2024 16:55 Siyasət"Bu gün Qərbi Azərbaycan İcması tərəfindən keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" konfransı çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, bu konfrans artıq ənənə halını alıb. Bu il konfransın ikinci dəfə peşəkarlıqla təşkil edildiyini görürük. Həmçinin bu dəfəki konfransda 50-dən çox ölkədən 100-dən artıq nümayəndənin iştirakı artıq Qərbi Azərbaycan həqiqətlərinin Qərbi Azərbaycan İcması tərəfindən bütün beynəlxalq platformalara rahat şəkildə çıxarıldığını söyləməyimizə əsas verir".

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Burada cənab Prezident İlham Əliyevin müraciəti bizim üçün böyük müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident icmanın tədbirində iştirak edənlərə müraciətində Azərbaycanın baxışları, Azərbaycanın Qərbi Azərbaycan və ora dinc qayıdışla bağlı fikirlərini növbəti dəfə dünyaya nümayiş etdirmiş oldu. Bugünki tədbir Azərbaycan həqiqətlərinin dünyada yayılması baxımından bizim üçün yeni geniş imkanlar yaratdı. Özəlliklə, cənab Prezidentin konfrans iştirakçılarına müraciəti Qərbi Azərbaycana qayıtmalı olan vətəndaşlarımızın hüquqlarının daha bir beynəlxalq platformadan izahı üçün yeni imkanlar kimi də təsdiq edilə bilər".
Zeynəb Rzayeva