Suriya böyük türk coğrafiyasının bir parçasıdır - ÖZƏL
5 Dekabr 2024 16:53 Siyasət"Suriyada silahlı qarşıdurmanın alovlanması və müxaliflərin, özəlliklə də qədim Hələb şəhərində nəzarəti ələ keçirməsi yeni bir başlanğıcdır, yeni bir səhifədir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ümumiyyətlə, Suriya əslinə qalanda böyük türk coğrafiyasının bir parçasıdır. Yəni Suriyada bir ərəb dövləti kimi görünə bilər, amma tarixən ora türk coğrafiyası olub, türk dövlətinin ərazisi olub və indinin özündə də Suriyada yetərincə çox sayda, hətta milyonlarla sayıla biləcək türklər yaşayır. Yəni əlbəttə, onların bir xeylisi Türkiyəyə qaçmaq məcburiyyətində qalıb. Müharibəyə görə, amma hələ də qalıb yaşayanlar var. Sözümün canı odur ki, Suriyada baş verənlər ümumilikdə bizi də qayğılandıracaq məsələlərdir. Yəni bu müharibə əlbəttə ki, müxtəlif tərəflərin qarşı-qarşıya gəlməsi şəklində təzahür edir. Yəni bir tərəfdə İran var, bir tərəfdə təbii ki, qardaş Türkiyə var, bir tərəfdə Rusiya var, bir tərəfdə də Suriyanın kimlərləsə iş birliyi var. Çox qarışıq, mürəkkəb bir vəziyyətdir. Amma buna baxmayaraq, qardaş Türkiyə bu məsələlərdə ən sağlam və ən doğru mövqedən çıxış edən dövlətdir. Üstəlik də İran çox irəli getməyə cəhd göstərsə də, artıq onlar da başa düşürlər ki, burada Türkiyə ilə kəllə-kəlləyə gəlməyə dəyməz. Yəni Türkiyənin məqsədi oraları işğal etmək deyil, yaxud da ki, Suriyanın bir hissəsini qoparmaq deyil. Sadəcə olaraq qardaş Türkiyədə milyonlarla suriyalı qaçqın var. Türkiyənin bir nömrəli qayğısı, o torpaqların normal həyata qayıtması, yəni Suriya torpaqlarının, ardından da qaçqınların öz evlərinə qayıtmasıdır. Ona görə qardaş Türkiyə bu məsələdə hamıdan fəal şəkildə iştirak edir".