Ermənistanın planları ilə Qərbin Cənubi Qafqaz siyasəti üst-üstə düşür- ÖZƏL

"Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına hesablanıb. Ermənistandakı Avropa İttifaqının missiyasının kəşfiyyat xarakterli fəaliyyəti də bu məqsədə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Samir Vəliyev deyib: "Görünən odur ki, Ermənistanın planları ilə Qərbin Cənubi Qafqaz siyasəti üst-üstə düşür. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin Paşinyan iqtidarının sürüşkənliyi fonunda öz planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür. Lakin Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən  sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi və müharibəyə cəhd Ermənistanın özü üçün ciddi problemlər yaradacaq. Ən azı 44 günlük Vətən müharibəsinin və Qarabağda bir günlük anti-terror tədbirlərinin nəticələri unudulmamalıdır!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31