OCCPR: ABŞ-nin təzyiq aləti? – Ekspertdən AÇIQLAMA – ÖZƏL
5 Dekabr 2024 11:06 Siyasət"OCCPR kimi təşkilatlar Amerika Birləşmiş Ştatlarının təzyiq alətləri qismində çıxış edir. Onlar müxtəlif formalarda dövlətlərin müstəqilliklərinə qarşı böyük alət rolunu oynayırlar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Təkcə OCCPR ilə də yekunlaşmır. Bir sıra beynəlxalq insan hüquqları təşkilatları var, hansı ki vaxtaşırı şəkildə Azərbaycanı ittiham etməklə məşğuldurlar. Misal üçün biz iki paralel gətirə bilərik ki, Ermənistanın cinayətləri ilə bağlı 1 hesabat belə qəbul etməyiblər, amma Azərbaycanda konkret cinayət əməlinə, tutaq ki, cinayətkarlıq, narkotik məsələlərinin daşınmasına görə həbs olunan adamları siyasi məhbus elan ediblər. Bu cür rəzillikləri var. Bu baxımdan bunların ifşa olunması prosesi zaman alsa da, beynəlxalq mediada artıq OCCPR-lə bağlı informasiyalar yayılmaqdadır. Həqiqətən ABŞ-nin dövlət departamentinin nümayəndələr palatasının, Vaşinqtonun müxtəlif hakimiyyət institutlarının, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyinin belə əli olan dəstəyə çevrilir.
Azərbaycanda da bu şəxslərin əlində olan datalar ötürülmüş datalardır. Konkret olaraq mənbələr təhlil olunmuş və xüsusi tətqiqatla təqdim olunan informasiyalara əsaslanır. Burada belə bir məsələ var: dövlətlərin daxili və xarici siyasətlərinin mühüm bir hissəsi dövlət sirri arealına aiddir. Onu açmaq, onunla dövlət şantaj etmək böyük biabırçılıqdır. Bunu o ölkə edir ki, o, insan haqları, müharibə cinayətləri sahəsində İraq və Əfqanıstanda törətdikləri hadisələr ortadadır. Dünyanın müxtəlif coğrafiyalarında hazırda gedən savaşların bir hissəsində demokratiya, insan hüquqları adı altında ABŞ yerləşir. Ordusu ilə müdaxilə edə bilmədiyi dövlətlərə də bu cür qeyri-hökümət təşkilatları, vətəndaş institutları vasitəsi ilə ölkələrdə ələ aldıqları emissarlar vasitəsiylə təzyiq edirlər".
Qiymət Mahir