Belə təşkilatlar adətən birilərinin maşası olur- ÖZƏL

"OCCRP təşkilatının Cənubi Qafqaz Azərbaycana qarşı xüsusi diqqətinin olmasının səbəbi tamamilə aldıqları sifarişlərə bağlıdır. Bu gün onların necə ifşa olduğuylabağlı bütün dünya mətbuatı çalxalanır". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Qərbdə antiazərbaycan qüvvələrinə, erməni lobbisində və digər antiazərbaycan ünsürlərdən maliyyə aldıqları üçün Azərbaycana eləcə də Cənubi Qafqazda onlarla çox da yaxşı münasibəti olmayan Gürcüstana qarşı çox ciddi bir alətdir. Bölgə siyasətini izləyən hər kəs bilir ki, belə təşkilatlar adətən birilərinin maşası olur. Bu alətlər də zamanı gəldikdə ifşa olur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31