Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub

Dekabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Qonağı salamlayan Ramid Namazov bildirib ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri olduğu, AŞPA-da fəaliyyət göstərdiyi vaxtlar da daxil olmaqla həmişə Azərbaycana xüsusi rəğbəti ilə seçilib və bu da qarşılıqlıdır. Parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda həmişə uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz xoş günlərdə də, dar günlərdə də daim bir-birinə dəstək ...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31