Sapı özümüzdən olan baltalar saxtakar təşkilatların oyuncağına çevrilir- ÖZƏL
4 Dekabr 18:33 Siyasət"Qərb mediası aktiv şəkildə təhlükəli maliyyə mənbələrindən qaynaqlanan məkrli planlarını yerinə yetirirdi. Dəfələrlə bildirmişik ki, OCCRP neoimperialist şəbəkələrin əlində oyuncağa çevrilmiş bir təşkilatdır. Bunlar heç vaxt ədaləti, obyektlivliyi və dürüstülüyü təmsil etməyiblər. Aparılan araşdırmalar da göstərir ki, OCCRP birbaşa ABŞ tərəfindən maliyyələşdirilən və amerikalı milyarderlərin oğurlayıb çıxardığı pulları heç vaxt araşdırmayan bir təxribat şəbəkəsidir".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"OCCRP erməni fondlarının dəstəyilə USAİD vasitəsilə Samanta Pauerin əli ilə Azərbaycan və COP29 əleyhinə dezinformasiya kampaniyasının da önündə gəlibdir. İndiyə qədər OCCRP büdcəsininin Aİ, Avropa ölkələri, xüsusən də ABŞ-dən aldığı vəsaitlər hesabına formalaşdırılması da danılmaz bir reallıqdır. Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar da bəzən OCCRP və bu qəbildən olan saxtakar təşkilatların oyuncağına çevrilir. Özünü dünya mətbuatının önəmli qurumları kimi adlandıran bir sıra Qərb mətbuatları da OCCRP-nin əlində təsir agentinə çevrilir. Bir daha ifşa edilir ki, OCCRP və bu qəbildən olan təşkilatlar konkret olaraq bəlli cinayətlar şəbəkələrin çirkin siyasi niyyətləri üçün istifadə etdiyi bir tramplindir".
Zeynəb Rzayeva