Beynəlxalq hüquq Azərbaycanın mövqeyi ilə üst-üstə düşür- ÖZƏL

"Azərbaycanın diplomatik uğurları, həmçinin Laçının işğaldan azad olunması ilə paralel olaraq, beynəlxalq hüquq çərçivəsində də öz təsirini göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov deyib: "2023-cü ildə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz ərazisində suverenliyini təmin etməsi və erməni silahlı dəstələrinin fəaliyyətinə son qoyması üçün vacib addım oldu. Ermənistan və onun havadarları bu hadisəni etirazla qarşılasa da, beynəlxalq hüquq və Azərbaycanın mövqeyi geniş dəstək qazandı. Bu gün, Laçın sərhəd-buraxılış məntəqəsi, Azərbaycanın strateji təhlükəsizliyini təmin edən mühüm bir qurum kimi fəaliyyət göstərir. Laçın rayonunda baş verən bu tarixi dəyişikliklər, Azərbaycan xalqının mübarizliyinin və əzmkarlığının təcəssümüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31