Türkiyə, Azərbaycan və Gürcüstan parlamentariləri nəyi müzakirə ediblər?
4 Dekabr 2024 13:27 SiyasətDekabrın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclası keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevinc Fətəliyeva məlumat verib: "İclasda üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi yolları ilə yanaşı, regiondakı vəziyyət, Parlament diplomatiyasının əhəmiyyəti və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviqi üçün əməkdaşlıq imkanları müzakirə edildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31