Hər bir gənc Ulu Öndərin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə dəstək olmalıdır- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib:"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər siyasətinin başlıca məqsədi yeni nəslin milli ruhda, fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Müasir Azərbaycan gəncliyi bu meyarların hamısına cavab verir. Hər bir gənc yüksək biliklərə yiyələnməli, müstəqil ölkəmizin inkişafı naminə çalışmalı, Ulu Öndərin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə dəstək olmalıdır".
B.İslamov 44 günlük Vətən müharibəsində gənclərin həlledici rolundan da bəhs edib. Onun sözlərinə görə, Vətən uğrunda mərdliklə döyüşən qəhrəman gənclərimiz öz adlarını tarixə qızıl hərflərlə yazdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31