Qərbin Rusiyanı regiondan çıxarması mümkün olmayacaq- ÖZƏL
10:49 Siyasət"Fransanın, Yunanıstanın, Hindistanın və digər dövlətlərin Ermənistanı sulahlandırması təkcə ikitərəfli münasibətlərdən qaynaqlanmır. Fransa, Yunanıstan, Hindistanın anti türk, anti islam, Türkiyə, Pakistan faktoru Azərbaycana qarşı münasibəti şərtləndirir. Ermənistanı silahlandıran dövlətlərin və Kollektiv Qərblə maraqları bir-birlərini tamamlayır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Avropa İttifaqının mülki missiya adı ilə Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirdiyi kontingent əslində elə hərbi xarakterlidir. Şərti sərhəd boyu patrul xidməti aparan, hərbi dislokasiya, təhlükəsizlik məlumatları toplayan və heyyəti əsasən hərbi ixtisaslı kadrlardan təşkil olunan missiya təbii ki, mülki missiya deyil. Gizli deyil ki, Aİ-nın məqsədi Cənubi Qafqazda rəsmən yerləşmək, Rusiyanı regiondan çıxarmaqdır. Elə həqiqət də budur ki, Ermənistan-Azərbaycan münasibətiləri hal-hazırda da Kollektiv Qərbin Rusiya ilə apardığı mübarizənin təzahürüdür. Ancaq, Rusiyanın regiondan çıxarılması mümkün olmayacaq".