Qərb Ermənistanı da itirəcək- ÖZƏL

"Qərbin Gürcüstanı Rusiyaya uduzmasıdan sonra, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı çox artıb. Kollektiv Qərb Cənubi Qafqazla bağlı siyasətində dönüş etmək üçün yeni müharibəni ən optimal variant hesab edir".  "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Cənubi Qafqazla bağlı prosesləri Rusiya faktorundan analiz etmək daha düzgündür. Heç şübhəsiz ki, Qərb Ermənistanı silahlandırmaqla öz maraqları üçün istifadə edir və düşünür ki, yeni müharibənin ağır nəticələri Rusiyanı Ermənistandan çıxarmağa gətirəcək. Ancaq bu yanlış hesabdır, ən son anda Rusiya Ermənistanda çevriliş edərək hakimiyyətə Kremlə loyal şəxsi gətirəcək. Nəticədə Qərb Gürcüstanda olduğu kimi, Ermənistanı da tam itirəcək. Paşinyan iqtidarının da yeni müharibə anonsları ancaq Qərbin istəkləri üçün icra edilir. Erməni ictimayətinə isə müharibə qəti lazım deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31