Baydenin oğlu üçün qanunlar dəyişdi- ÖZƏL

"Bu dəfə giriş vermədən, başlamadan nəticəyə birbaşa keçək. Çünki daha çox məhz bu dəfə əsas olan vasitələr deyil, nəticədir. Deməli, mövzu Co Baydenin oğlu olanda axar sular dayanır. Dırnaqarası və onsuz Demokrat Bayden oğlu üçün qanunları dəyişir, ayaqlayır. 
Baxmayaraq ki, Bayden prezidentliyin fövqəladə səlahiyyətlərindən ailəsinin rifahı üçün istifadə etməyəcəyini bildirmişdi, ona dair keçmiş vədlərini ləğv etdi. Çünki "Demokrat" prezident daha əvvəl Delaver və Kaliforniya ştatlarında iki iş üzrə mühakimə olunduqdan sonra oğlunu əfv etməyəcəyini və cəzasını yüngülləşdirməyəcəyini də qeyd etmişdi. Mövcud addım Donald Trampın Ağ Evə qayıtmasına iki aydan az bir müddət qalmış baş verdi. Ona qədər nələr dəyişəcəyini və nə baş verəcəyini isə Bayden bilir. Axı nəfsi Nobel sülh mükafatından tutmuş hər iki mənada gedər ayaq Baydenə çox şeyləri diktə edir".

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Noyabrın 8-də Trampın qələbəsindən bir neçə gün sonra Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də junior Bayden üçün əfv və ya əfv mümkünlüyünü istisna etmişdi. Amma yaşlı Bayden gedər ayaq hüququn aliliyi irsinə yenə və yenidən kölgə saldı. Trampın ilk prezidentlik müddətindən sonra qanunun aliliyinə hörmət və normaları bərpa edəcəyini amerikalılara dəfələrlə vəd edən Bayden sonda oğluna kömək etmək üçün vəzifəsindən istifadə edərək, amerikalılara belə bir şey etməyəcəyinə dair verdiyi açıq vədini açıqca pozdu. Nəticədə isə qanunun aliliyinin amerikayasağı olduğunu təkcə amerikalılara deyil, dünyaya bir daha göstərdi. Oğlu Hanterin kokain aludəçiliyi, vergidən yayınma, qanunsuz silah saxlama, oteldə yarıçılpaq şəkildə görüntülər, şübhəli, qaranlıq biznes təşəbbüsləri aysberqin görünən tərəfləri olsa da onun saysız-hesabsız səhvləri atasına qarşı rəqibləri tərəfindən də silah kimi istifadə olunmuşdu. Elə bu məqamda demək yerinə düşür. Cənab Bayden, sizin fərqli formada ifadə etdiyiniz sözləri daha dəqiqləşdirib vurğulayaq ki, bəli, Hanterin işlərinin faktlarına baxan heç bir ağlabatan insan başqa bir nəticəyə gələ bilməzdi, amma siz gəldiniz. 
Dəqiqləşdirməni cənab Hanterin özü üçün də istifadə edək ki, bəli, asılılığın ən qaranlıq günlərində edilən səhvləri etiraf etmək və məsuliyyəti öz üzərinə götürmək belə sizi heç nədən azad etmir. Sizin və ailənizin siyasi idman üçün Ukraynanı meydan seçməsi ədalət yox, insanları didərgin salmaq, tale ilə oynamaq, alçaltmaq və utandırmaq üçün istifadə edilən səhvlərdir. "Təəssüf ki, prezident Bayden və ailəsi onilliklər boyu etdikləri səhvlərdən təmizlənmək əvəzinə, məsuliyyətdən yayınmaq üçün əllərindən gələni etməyə davam edirlər". Bu ifadəni isə biz yox, Konqresdə Baydenin ailəsi ilə bağlı araşdırmalara rəhbərlik edən Respublikaçı sədrlərdən biri olan Rep Ceyms Komer prezidentin əfv fərmanını pisləyərkən istifadə etdi. Deməli, ağlın yolu birdir. Ahıl Baydenin ağlı isə özünü idarə edə bilmir. Donald Tramp da bu addımı sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirdi. Bayden əfv səlahiyyətlərini ona yaxın olanların xeyrinə istifadə edən ilk prezident deyil, amma hüququn aliliyinin pozulması hazırki ABŞ administrasiyası üçün daxili deyil, təəssüflər olsun ki, xarici siyasətdə də norma halını almışdı.
Bir sözlə, qanunun aliliyi hazırki ABŞ administrasiyası üçün oyuncaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31