Ceyhun Bayramov Azərbaycan İƏT çərçivəsində əməkdaşlıq perspektivlərindən danışıb
3 Dekabr 2024 13:32 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 28-ci iclasında çıxış edib.
Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın sektoral inkişafı ilə bağlı perspektivlərindən danışıb.
Bundan əlavə, o, İƏT Regionunda dayanıqlı artım və inkişafı təmin etmək üçün 2025-ci il İƏT Vizyonuna uyğun gələcək planlar və layihələrdən bəhs edib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31