"Problemlərin səbəbkarları ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir" - Komitə sədri
3 Dekabr 2024 12:25 Siyasət"Azərbyacanın beynəlxalq əhəmiyyətli tədbirlərini gözü götürməyən şəxslər Fransada, başqa yerlərdə Azərbaycanıiqtisadiyyatı zəif, sosial problemləri olan dövlət kim göstərməyə çalışırlar"."Olaylar"-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında deyib: "Bu gün Azərbaycanda olan problemlərin səbəbkarları elə ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir. Onlar torpaqlarımızın düşmənəverilməsinə səbəb olublar. ABŞ və Fransa 30 ildə Ermənistanın işğalına qarşıçıxmadı, əksinə onları dəstəklədilər. 30 il Azərbaycan 1 milyon qaçqına sosial yardım edib, yataqxanalar tikilib. İşğal olmasaydı, qaçqın və köçkünlərin sosial mühitinə vəsaitlər xərclənməsəydi, bir dənə də qəzalı məktəb, bağça qalmazdı. İşğaldan azad olunan ərazilər əkilər, becərilər ölkəyə məhsul verərdi. Bu həqiqətləri düşmənlər yaxşı bilsələr də, əhalinin sosial durumunu, iqtisadiyyatıbarədə yalan məlumatlar verirlər. Amma vətəndaşlarımız reallığı daha yaxşı bilir".