“Mən Ağdama qayıtmaq istəyirəm”-Aqil Abbas
3 Dekabr 2024 12:20 Siyasət"Qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın nazirləridi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi. "Olaylar"-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib. Deputat qeyd edib ki, nazirlər hər şeyi hesablayır: "Hamışikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31