Azərbaycan qlobal həmrəylik nümunəsi göstərdi- ÖZƏL

"Bu gün artıq Azərbaycan nəinki regionda dünyada nüfuz sahibinə çevirmişdir. Bu yüksəliş cənab Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində həyata keçirilmişdir.Beynəlxalq konfranslara ev sahibliyi edən ölkəmizi təxribatçı və iki üzlü siyasət yürüdən dövlətlərin qısqanclıqla qarşılaması və çirkin kampaniyalari heç bir nəticəvermədi.Əksinə yüksək səviyyədə COP29 öz işini uğurla başa çatdırdı.İki həftədünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi". YAP Yardımlı rayon təşkilatından "Olaylar"a bildirilib ki, konfransda 80-dən çox dövlət və hökumət başçısı, 76 mindən çox iştirakçı qatıldı: "Bakıda COP29-un yüksək səviyyədəkeçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən dəqiymətləndirilib, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunub. Yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir ediblər.Cənab Prezident İlham Əliyev noyabrın 4-də sosial şəbəkə hesablarındakıpaylaşımında COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıb. Həqiqətən də bu tədbir möhtəşəm COP-lardan biri kimi qeyd etdiyimiz kimi tarixədüşəcək. Azərbaycan bu möhtəşəm tədbirin yüksək səviyyədə təşkil olunmasıilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyur. Genişmiqyaslı vəplanlaşdırılmış böhtan və qarayaxma kompaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldəetməyə müvəffəq oldu. Dövlət başçısının vurğuladığı kimi "Yaşıl dünya naminəhəmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxışedərək danışıqların qərəzsiz aparılmasıüçün bütün imkanları yaratdı. Bütün proses boyu ölkə başçısının nitqindəki çağırışlarında biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldəetməyə səsləndik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyır vəekzistensiyal təhlükədən əziyyət çəkirlər. Biz həmçinin müstəmləkə idarəçiliyi ilədaha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar iləhəmrəylik nümayiş etdirdik. "BakıMaliyyə Məqsədi" adı ilə məşhurlaşan tarixi qərar inkişaf etməkdə olan ölkələrə2035-ci ilə qədər illik 1,3 trilyon ABŞdolları məbləğində maliyyə dəstəyinin ayrılmasını təmin etdi. Eyni zamanda BakıMaliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Həmçinin əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulanıb. Bununla yanaşı karbon bazarlarının işə salınması ilə bağlı çoxdan gözlənilən razılıq əldə olundu. Azərbaycanın "Yaşıl dünya naminəhəmrəylik" şüarı altında yürütdüyü ədalətli və şəffaf moderatorluq konfransın tarixi nəticələrə nail olmasında mühüm rol oynadı. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin, kiçik ada dövlətlərinin və ekoloji fəlakətlərin təsirinə məruz qalmışərazilərin ehtiyaclarını diqqət mərkəzindəsaxlamaqla Azərbaycan qlobal həmrəylik nümunəsi göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31