ABŞ qanunvericilik sistemi adına utanc : Baydenin oğlunu əfv etməsi – ÖZƏL
3 Dekabr 2024 10:15 Siyasət"Co Baydenin oğlunu əfv etməsi ABŞ qanunvericilik sistemi adına utancdır. Çünki bu şəxs əyyaş, narkoman, cinayət törətmiş şəxsdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"2018-ci ildə onun barəsində araşdırma aparılmışdı. Vergidən yayınması ilə bağlı yüzlərlə fakt var idi. Qocaman prezidentin belə bir addım atması ABŞ hüquq sistemində olan boşluqdan, həmçinin Baydenin siyasi etikasasızlığından xəbər verir. Bu, eyni zamanda vəzifədən sui-istifadədir. Görünür ki, Bayden öz oğlunu yaxşı anlayıb, çünki o da bir zamanlar bu yolun yolçusu olub. Co Bayden özü də zamanında tüfeyli həyat tərzi keçirib. Öz ölkəsində ən adi hüquq normalarını belə pozan Bayden adminstrasiyası digər ölkələrə hüquq dərsi keçir. Buna onların ən azı mənəvi haqqı çatmır".