Qərb bu məsələdə kor və laldır...- ÖZƏL

"Co Baydenin oğlunun Ukraynada qanuna zidd hərəkətləri bütün dünyada bilinən bir şeyə çevrilib. Yalnız Ukrayna məsələsi deyil, narkotik vasitələrdən istifadə, hətta azyaşlılara qarşı cinsi qısnama kimi insan ləyaqətinə yaraşmayan hərəkətlər törətməyə nail olmuşdur".

 
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Baydenin ailəsi buna görə həm öz nüfuzunu itirmiş, həm də bu, ABŞ-də böyük bir qalmaqala səbəb olmuşdur. Bayden dəfələrlə öz oğlunu əfv etməyəcəyini bildirmişdi. Bir halda ki, demokratlar seçkini uduzdu, bu deməkdir ki, respublikaçılar Hanter-Bayden məsələsinə daha ciddi yanaşacaqlar. Dırnaqarası demokrat Co Bayden gedər ayaq öz oğlunu əfv etdi. Bunlar dünyanın başqa yerində olsa idi, Qərb mətbuatı bunu demokratiyaya zərbə kimi qiymətləndirərdi. Qərb bu məsələdə kor və laldır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31